“Qarın əzələsi olanlar mənə mesaj yazır”

28 Oktyabr 2025 17:04

Türkiyədə yaşayıb, fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə maraqlı açıqlama verib.

Milli.Az xəbər verir ki, onun qarın əzələli kişilərə üstünlük verməsini deməsinə yazılan çoxsaylı mesajlardan sonra geri addım atıb. 

Nəsrin  "ən böyük kriteriyam qarın əzələsidir" sözləri ciddi mənada demədiyini bildirib:

"O müsahibədən sonra qarın əzələsi olan hamı mənə mesaj yazır. Mən əslində güzgü qarşısında qarın əzələləri ilə şəkil paylaşan kişiləri bəyənmədiyim üçün belə bir zarafat etdim".

Musa
Milli.Az