Amerikalı müğənni Britni Spirs yenidən qalmaqallı hadisə ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, Spirs Los-Ancelesdəki restoranda axşamı əylənərək sərxoş vəziyyətdə avtomobil idarə edib. Şahidlər bildiriblər ki, o, dayanacaqda bir qıza toxunaraq onu yerə yıxıb, sonra qarşı hərəkət zolağına çıxaraq evinə gedib. Hadisə paparassilər tərəfindən lentə alınıb.
İddialara görə, müğənninin bu davranışı keçmiş həyat yoldaşı Kevin Federlayn tərəfindən yayımlanan xatirə kitabı ilə bağlı ola bilər. Spirs son vaxtlar isə 2000-ci illərdəki sərbəst həyat tərzinə qayıtmağa çalışır.
Asya Hüseyn
Milli.Az