“Vəfatından əvvəl dediyi söz bizi yandırıb-yaxdı”

28 Oktyabr 2025 12:00

Aparıcı Mətanət Əliverdiyeva etirafı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, mərhum atası ilə bağlı xatirəsini dilə gətirib.

Tele-aparıcı yaşadığı təəssüf hissini bu sözlərlə bildirib:

"Atam 1995-ci ildə dünyasını dəyişib. Vəfatından əvvəl dedi ki, mənə 60 illik yubiley məclisi edin. Biz də dedik ki, 60 yaşa hələ çox var. Dedi ki, mən o qədər yaşamaram. Doğrudan da yaşamadı. Çox təəssüfləndik, gərək ona erkən ad günü edərdik. Bu fikir bizi yandırıb-yaxdı ki, atamın istəyini reallaşdırmadıq. Çünki bilmədik ki, ölümü qəfil gələcək".

Milli.Az