Metroda ödənişlə bağlı unikal yenilik - RƏSMİ

28 Oktyabr 2025 11:05

Bakı Metropolitenində tələbə kartları ilə təmassız ödəniş sistemi test edilir.

Milli.Az xəbər verir ki, Bakı Metropolitenində ilk dəfə olaraq sərnişinlərin gediş haqqını tələbə kartları ilə təmassız ödəmək sistemi test rejimində istifadəyə verilib.

Layihə BakıKART və Bakı Metropoliteni tərəfindən pilot versiyada həyata keçirilir, ilkin mərhələdə isə "Kapital Bank"ın tələbə kartları üzərindən sınaq aparılır. Pilot layihəyə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri cəlb olunub.

Tələbələrə tövsiyə olunub ki, sınaq zamanı hər hansı texniki problem yaranarsa, digər ödəniş üsullarından, məsələn, BakıKart-dan istifadə etsinlər. Həmçinin, balansı olmayan kartlardan istifadə zamanı kart bloklana bilər, ona görə yalnız balanslı kartlarla əməliyyat aparmaq məsləhət görülür./Azedu.az

Milli.Az