"Brabus" zirehli "Gelandewagen"i satışa çıxardı

28 Oktyabr 2025 14:15

Məşhur "Brabus" avtomobil atelyesi özünün "Invicto Mission VR6" modelini satışa çıxarıb.

Milli.Az xəbər verir ki, bu model "Mercedes-Benz G-Class" əsasında hazırlanmış zirehli avtomobillər seriyasına daxildir. Maşın avtomat silah atəşinə və qumbara partlayışlarına tab gətirə bilir.

2020-ci ildə istehsal edilən nəqliyyat vasitəsi cəmi 866 km məsafə qət edib. Qiyməti 712 800 avrodur.

Qeyd edək ki, 421 at gücünə malik səkkizsilindrli benzin mühərriki sayəsində avtomobil 100 km/saat sürətə 5,9 saniyəyə çatır.

Aysel Əkbər
Milli.Az