Səhərin ilk çayını yuxudan duran kimi yox, 15-20 dəqiqə sonra içmək məsləhət görülür.
Milli.Az xəbər verir ki, dietoloq və nutrisioloq Nadejda Litvinova-Qrazion bildirib ki, səhər oyandıqdan dərhal çay içmək olar, amma ən optimal vaxt 15-20 dəqiqə gözləməkdir. Bu zaman orqanizmdə həzm prosesi aktivləşir və içilən çaydan maksimum fayda əldə olunur.
Həkim əlavə edib ki, yuxudan sonra bir stəkan ilıq və ya otaq temperaturunda su içmək faydalıdır, çünki gecə boyunca bədən susuz qalır.
Litvinova-Qrazion qeyd edib ki, yaşıl çay yumşaq oyandırıcı təsir göstərir, qara çay isə daha çox enerji verir, bitki çayları isə həzm və immun sisteminə ən faydalıdır.
Həkim xəbərdarlıq edib ki, çaya şəkər və ya süd əlavə etmək mədədə ağırlıq və ürəkbulanma yarada bilər. Həmçinin, çox dəmlənmiş çay mədə selikli qişasını qıcıqlandıraraq yanıqlıq, qəbizlik və ürəkbulanma ilə nəticələnə bilər. Xüsusilə qastriti və yüksək turşuluğu olanlar bu məsələdə diqqətli olmalıdırlar.
İsmayıl
Milli.Az