Apteklərdə bir sıra dərmanların qiymətində endirimlər müşahidə olunur. Bəzən endirimlər 10 faizə qədər olur.
Bəs buna səbəb nədir?
Milli.Az xəbər verir ki, tibbi ekspert Adil Qeybulla bildirib ki, dərmanların satış tempi və saxlama müddəti ilə əlaqədardır. İstehsal müddətinin bitməsinə az qalan və ya satışı zəif olan dərmanlara adətən sahibkarlar endirim edirlər. Bu halda müştərini öncədən xəbərdar etmək lazımdır.
Azad İstehlakçılar Birliyinin Sədri Eyyub Hüseynov bildirib ki, ucuzlaşmanın əsas səbəbi əhalinin dərman üçün başqa ölkələrə üz tutmasıdır:
"Dərmanların qiyməti həddən artıq yüksəkdir, ona görə də əhali adətən xarici ölkələrdən dərman almağa üstünlük verirlər. Şəkər xəstəliyində istifadə olunan dərman Azərbaycanda 75 manat, Türkiyədə isə 15 manatdır".
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayı ərzində ölkə ərazisində 146 milyon qutu dərman vasitəsi idxal edilib.
Asya Hüseyn
Milli.Az