Gəncədə ağır qəza - Ölən və yaralananlar var - FOTO

28 Oktyabr 2025 09:40

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində "Fiat Doblo" və "Hyundai" markalı avtomobillər toqquşub.

Nəticədə "Fiat"da olan sərnişin hadisə yerində ölüb. Daha 3 nəfər - Tahirə Kərimova (1962), Əli Nağızadə (2003), Əziz Verdiyev (1989) və Ramal Mehdiyev (1996) isə xəsarət alıb.

Qəzada vəfat edən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb./qafqazinfo.az

Milli.Az