"Real Madrid"in müdafiəçisi Dani Karvaxal yenidən uzun müddətə sıradan çıxıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, iki-üç ay müddətində yaşıl meydanlardan uzaq qalacaq.
Ulduz futbolçuya sağ dizininin xondromata diaqnozu qoyulub.
.jpg)
33 yaşlı təcrübəli oyunçunun artroskopik əməliyyat olunacağı bildirilir.
Qeyd edək ki, Dani Karvaxal "Barselona" ilə matçda ciddi zədə almışdı.
Tural
Milli.Az