Aktyor və aparıcı Elcan Rəsulov yeni meyxana yarışması ilə bağlı paylaşım edib.
Milli.Az xəbər verir ki, sənətçi bu səbəbdən "El canlı" verilişinin efirə getmədiyini bildirib:
"Martdan üzərində işlədiyimiz layihənin ilk tizerini sizə təqdim edirəm. İşlərinin çoxluğu səbəbindən, hətta gündəlik yayımlanmalı olan "El canlı" proqramını da dayandırmağa qərar verdik. Demək olar ki, televiziya üçün ən çətin layihələrdən birinin üzərində çalışırıq. Hər bir detalı yüksək səviyyədə düşünürük".
Musa
Milli.Az