“Napoli”nin aparıcı oyunçusu “Qarabağ”la oyunu buraxacaq

27 Oktyabr 2025 23:29

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən "Napoli" itki ilə üzləşib.

Milli.Az xəbər verir ki, Neapol klubunun yarımmüdafiəçisi Kevin De Bruyne sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. De Bruynenin azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Kevin noyabrın 6-da "Qarabağ"a qarşı keçiriləcək ÇL oyununu da buraxacaq. (Futbolpress.az)

Milli.Az