"Mənə deyirlər gözəlsən. Bunu qəbul etmirəm. Cavab verirəm ki, hə. Amma yox, gözəl deyiləm. Məndən də gözəl insanlar var. Mən özümü gözəl hesab etmirəm. Mənim üçün gözəllik etalonları başqadır. Çox vaxt makiyajsız gəzirəm və insanlar məni tanımır".
Milli.Az xəbər verir ki, bu sözləri aktrisa Oksana Rəsulova "Mədəni şou"da deyib. Sənətçi ona "gözəl" deyilməsinə əsəbiləşdiyini etiraf edib:
"Mənim üçün gözəllik ağıldır. Bəzən görmüşəm çirkindir, amma elə ağıllı danışıb ki... Bəzən də əksi".
Oksana artıq rəqsə son qoyduğunu söyləyib:
"Osman doğulandan sonra rəqs məktəbini bağladım. Ancaq teatr səhnəsində rəqs edirəm. Rəqs geyimlərimi rayonda anamgilin evinin yanında mənə ayrılan ev var, ora yığmışam.
Ana olandan sonra rəqsə son qoydum. Dedim ki, bəsdir, oğlum var, olmaz. Uşağım olanda 2 il evdən çıxmadım". (Axşam.az)
Milli.Az