M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti baş tutub.
Dirijor Fərhad Xudiyevin (ABŞ) rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist - Emil Bağırov (klarnet) dinləyicilər qarşısında çıxış edib.
Musiqili gecə öncəliklə Niyazinin "Çitra" baletindən Final rəqsi ilə başlayıb. Cahangir Zülfüqarov "Şuşaya aparan yol" simfonik poeması öz musiqisi ilə izləyicilərin könlünü oxşayıb.
Konsertin ikinci hissəsində Eldar Xudiyevin klarnet və orkestr üçün "Sirk" əsərini Emil Bağırov (klarnet) məharətlə ifa edib.
Son olaraq Omar Thomas-ın "Come Sunday" ("Testimony" və "Shout") əsəri ilə konsert arasıkəsilməz alqışlarla sona çatıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az