Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Bu barədə Milli.Az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib.
Qeyd olunub ki, şəhərin "Yaşıl dərə" adlanan ərazisinin bir hissəsində diametri 57 millimetr olan qaz xəttində sızma aşkarlanıb.
Sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 17:00-dan etibarən, ərazidəki 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
Milli.Az