ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, federal vəsaitlərin tükənməsi səbəbindən 40 milyondan çox amerikalının istifadə etdiyi ərzaq yardımı (Snap proqramı) noyabrdan etibarən dayandırılır.
Milli.Az xəbər verir ki, proqram hər səkkiz amerikalıdan birinin gündəlik ərzaq xərclərinə dəstək verir. Trump administrasiyası əvvəlcə fövqəladə vəziyyətlər üçün nəzərdə tutulmuş ehtiyat fondunu istifadə etməyib, bu isə Demokratlar tərəfindən sərt tənqid olunub.
Bəzi ştatlar öz vəsaitləri hesabına yardımı davam etdirməyə çalışır, lakin federal hökumət bu xərcləri geri ödəməyəcəyini bildirib. Kaliforniya isə ərzaq paylanmasına yardım üçün Milli Qvardiyanı səfərbər edib.
ABŞ hökumətinin işini dayandırması (shutdown) 26-cı gününə daxil olub və bu, ABŞ tarixində ikinci ən uzun müddətli dayandırmadır.
Milli.Az