Oktyabrın 27-si səhər "Bitcoin"in (BTC) məzənnəsi 116.2 min dollardan yuxarı yüksəlib.
Milli.Az-ın RBK-ya istinadən xəbər verir ki, bu, 10 oktyabr tarixindən bəri maksimum göstəricidir və treyderlərin yaşadığı 19 milyard dollarlıq itkilərdən sonra bərpa prosesini göstərir.
Bakı vaxtı ilə saat 12:00 üçün Bitcoin təxminən 115.6 min dollardan satılıb və son 24 saatda 3,5% artıb.
Ethereum (ETH) isə 24 saatda 6,3% bahalaşaraq 4.25 min dollara qalxıb və həftəlik maksimumu yeniləyib.
Kriptobazarın ümumi kapitallaşması 24 saatda 3,9% artaraq 3.92 trilyon dollar olub.
Milli.Az