ABŞ Prezidenti Donald Tramp administrasiyasının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə biləcəyini istisna etməyib.
Milli.Az xəbər verir ki, Trampın Kuala-Lumpurdan Tokyoya uçan zaman təyyarənin göyərtəsində jurnalistlərlə söhbəti Ağ Evin saytında canlı yayımlanıb.
Jurnalistlərdən biri Ağ Ev rəhbərinin Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqini nəzərdən keçirib-keçirmədiklərini soruşub. Buna cavabında Tramp "yaxın zamanda biləcəksiniz" deyə söyləyib.
Qeyd edək ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi "Rosneft", "Lukoil" və bu şirkətlərin 34 törəmə strukturunu Rusiyaya qarşı yeni sanksiyalar paketinə daxil edib. Ağ Evin mətbuat katibi Kerolayn Livittin sözlərinə görə, Vaşinqton bu məhdudiyyətlərin Ukraynadakı münaqişə ilə əlaqədar olaraq Moskva üzərində ciddi təzyiq yaradacağına ümid edir.
Milli.Az