“CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2” - VİDEO

27 Oktyabr 2025 12:52

"CineMastercard" kinoteatrlar şəbəkəsində populyar türk komediyasının çox gözlənilən davamı "Gelin Takımı 2" nümayiş olunur. Film dörd dostun hekayəsini danışır, hansı ki, gözlənilməz hadisələr, əyləncəli vəziyyətlər və dostluqla sevgi sınaqları ilə üzləşirlər.

Uğurlu romantik komediyaları ilə tanınan rejissor Doğa Can Anafarta, yenidən möhtəşəm aktyor heyətini bir araya gətirib. Seda Bakan, Şebnem Bozoklu, Ecem Erkek və Nilperi Şahinkaya rollarına qayıdır və tamaşaçılara daha çox gülüş, duyğu və ilham bəxş edirlər. Onlara Ayşenil Şamlıoğlu, Mehmet Günsür, Emrah Altıntorpak və Fırat Çelik kimi tanınmış aktyorlar da qoşulub.

Film haqqında qısa məlumat: "Gelin Takımı 2" bir zamanlar ayrılmaz olan dörd dostun hekayəsini davam etdirir. İllər keçdikcə onların həyatı dəyişir və qarşılaşdıqları çətinliklər münasibətlərini sarsıdır, dostlar bir-birindən uzaqlaşmağa başlayır və emosional əlaqənin vacibliyini unudurlar.

Canlı atmosferi, xarizmatik qəhrəmanları və rəngarəng səhnələri ilə film tamaşaçılar üçün həqiqi kino bayramına çevrilir.

"Gelin Takımı 2" əhval-ruhiyyəni yüksəldən, əsl dostluq və sevginin hər çətinliyinə dəf edə bilən türk komediyasını yalnız "CineMastercard" kinoteatrlar şəbəkəsində izləmək mümkündür.

Milli.Az