Türkiyədə məşhur aktyorların bölüm başına aldığı məbləğlər açıqlanıb.
Milli.Az xəbər verir ki, ekranların ən çox danışılan simalarından Kenan İmirzalıoğlu bölüm başına 4,5 milyon TL, Demet Özdemir 2 milyon TL, Hande Erçel isə 1 milyon 750 min TL qazanır.
Hal-hazırda Türkiyədə 45 serial yayımlanır və bu layihələrdə dövriyyə 1 milyard TL-ə yaxınlaşıb. Bölüm başına çəkilən xərclər isə 18 milyon TL-dən 35 milyon TL-ə qədər dəyişir.
Ən çox maliyyə xərclənən serial isə "A.B.İ. - Ailə Bir İmtihandır" olub. İlk bölümünün xərci 35 milyon TL-dir. Baş rollarda yer alan Kenan İmirzalıoğlu bölüm başına 4,5 milyon TL, Afra Saraçoğlu isə 2,5 milyon TL qazanır.
.jpg)
Kanal D-də yayımlanan "Eşref Rüya" serialında isə bölüm başına xərclər 26 milyon TL-dir. Baş rollardakı Çağatay Ulusoy 3 milyon 250 min TL, Demet Özdemir 2 milyon TL qazanır.
.jpg)
ATV-də yayımlanan "Aşk və Gözyaşı" serialı isə 27 milyon TL-lik büdcəsi ilə diqqət çəkir. Baş rol aktyoru Barış Arduç 13 bölüm üçün 45,5 milyon TL alıb, tərəfdaşı Hande Erçel isə bölüm başına 1 milyon 750 min TL qazanır.
.png)
Kanal D-nin "Uzak Şehir" serialında bir bölüm 22 milyon TL-ə başa gəlir. Oyunçular Ozan Akbaba və Sinem Ünsal sırasıyla 1,5 milyon və 1 milyon TL qazanır.
.jpg)
Fidan
Milli.Az