Bu xəbər tamamilə yalandır! - Zelenski

27 Oktyabr 2025 16:44

Kupyansk və Pokrovska yaxınlığında 5 minə qədər Ukrayna hərbçisinin mühasirəyə alındığı barədə iddiaları saxtadır.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski şərh verib.

"Bu tam yalandır. Və ilk deyil," - deyə Zelenski vurğulayıb.

Zelenskinin sözlərinə görə, Rusiya generalları prezident Vladimir Putinə 5 minədək Ukrayna əsgərinin guya Pokrovsk və Kupyansk ətrafında mühasirəyə düşdüyü barədə hesabat veriblər, lakin bu, reallığa uyğun deyil.

O qeyd edib ki, bu kimi məlumatların məqsədi panika yaratmaq və xüsusən ABŞ ictimaiyyətinə "Rusiya cəbhədə irəliləyir" təsəvvürü formalaşdırmaqdır.

Milli.Az