Bir vaxtlar Azərbaycan futbolunun tanınmış simalarından biri olan Əli Abışov bu gün fərqli sahədə fəaliyyət göstərir.
Milli.Az xəbər verir ki, veteran futbolçu hazırda toylarda və tədbirlərdə nağara ifaçısı kimi çıxış edir.
Bir zamanlar meydanlarda top qovduğu kimi, indi də ritmləri ilə özünü göstərən Abışov keçmiş azarkeşlərinin diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Əli Abışov futbolçu karyerası ərzində "Şəmkir", "Neftçi", "ANS-Pivani" və "Kəpəz" kimi klubların formasını geyinib. O, həmçinin Azərbaycan milli komandasında da 1 oyun keçirib.
Hüseyn
Milli.Az