Tovuzda kafedə bıçaqlanma oldu

26 Oktyabr 2025 23:50

Tovuzda kafedə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərdən birində qeydə alınıb. Orta yaşlı kişi bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Zərərçəkən dərhal əməliyyat edilib, həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Hadisə ilə bağlı polis əməkdaşları araşdırma aparır./APA

Milli.Az