Sertifikasiyadan maksimum bal toplayan müəllim qəfil vəfat etdi

26 Oktyabr 2025 22:35

Xaçmazda ibtidai sinif müəllimi qəfil vəfat edib.

Milli.Az xəbər verir ki, Xaçmaz şəhər 2 saylı tam orta məktəbin müəllimi Elnarə Hümmətova bu gün günorta saatlarında yaşadığı ünvanda qəfil ürəktutmasından dünyasını dəyişib. O, 42 yaşında idi.

Qeyd edək ki, Elnarə Hümmətova sertifikasiya imtahanında maksimum nəticə göstərərək 60 bal toplayaraq nailiyyət qazanmışdı./oxu.az

Milli.Az