Duz tərkibindəki natrium səbəbindən arterial təzyiqin yüksəlməsinə və nəticədə infarkt və insult riskinə yol açır.
Milli.Az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Veronika Lebedeva danışıb.
Lebedeva duzun yüksək istehlakının sağlamlıq üçün təhlükəli olduğunu vurğulayıb. O bildirib ki, duz tərkibindəki natriuma görə arterial təzyiqin yüksəlməsinə və nəticədə infarkt və insult riskinə yol açır.
Həkim əlavə edib ki, yüksək natrium istehlakı mədə xərçəngi, piylənmə, osteoporoz və böyrək xəstəliklərinin yaranma ehtimalını artırır.
Qeyd edək ki, ÜST böyüklərə gündəlik 5 qramdan çox duz qəbul etməməyi tövsiyə edir, burada həm hazır yeməklərdəki, həm də əlavə edilən duz nəzərə alınmalıdır.
İsmayıl
Milli.Az