Dünyanın ən kiçik pivəsi - FOTO

26 Oktyabr 2025 13:13

Məşhur Danimarka brendi "Carlsberg" əsl etiket və möhürlənmiş qapaqla miniatür pivə şüşəsi təqdim edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hündürlüyü cəmi 12 millimetr, təxminən bir düyü dənəsi ölçüsündə olan bu şüşədə cəmi 0,05 millilitr pivə var.

"Carlsberg"in kommunikasiya rəhbəri Kasper Danielssonun sözlərinə görə, layihə insanlara məsuliyyətli içki qəbulunun vacibliyini xatırlatmaq üçün yaradılıb.

Milli.Az