Ağdaşda iki yük maşını toqquşub.
Milli.Az-ın xəbərinə görə, yol-nəqliyyat hadisəsi bu gün saat 06 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "Kamaz" və "Qazel" markalı yük avtomobilləri toqquşub.
Nəticədə "Qazel"in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Milli.Az