Kralın qardaşı oyuncaq ayılarla yatır

26 Oktyabr 2025 16:46

Britaniya Kralı III Çarlzın qardaşı şahzadə Endryu siyasi və ictimai həyatdan uzaqlaşdıqdan sonra günlərini televizora baxmaqla və videooyunlar oynamaqla keçirir.

Milli.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Nəşr iddia edir ki, şahzadə onlarla oyuncaq ayının olduğu yataq otağında yatır. O, gec oyanır, duş və səhər yeməyindən sonra böyük televizoru olan otağa gedir. Endryu gününün çox hissəsini orada keçirir. Şahzadənin əsas təsəllisi isə video oyunlardır.

Məlumata görə, şahzadə "Call of Duty", müharibə oyunları və helikopterlə olan oyunları sevir. O, FIFA oynamır və futbolla maraqlanmır.

Endryu oyun oynamaqdan əlavə, müharibə filmlərini də sevir. O, bəzən qolf turnirlərini də izləyir.

Xatırladaq ki, şahzadə Endryunun adı pedofiliyada ittiham edilən mərhum maliyyəçi Cefri Epşteynlə əlaqələrdə hallandıqdan sonra o, siyasi və ictimai fəaliyyətdən uzaqlaşıb. /Oxu.Az

Milli.Az