Məşhur ingilis futbolçu Devid Bekhemin oğlu Kruz Bekhem musiqi karyerasına iki debüt sinqlının buraxılışı ilə başlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, "Optics" və "Lick The Toad" adlı mahnılar "The Kooks" qrupu ilə əməkdaşlıqla ərsəyə gəlib.
"Optics" mahnısı Bekhem ailəsinin mülkündə çəkilmiş kliplə birlikdə yayımlanıb.
İkinci mahnı olan "Lick the Toad" da eyni üslubda, lakin daha enerjilidir. Hər iki mahnının prodüserləri Castin Rayzen və Levis Pesakovdur.
Milli.Az