Ronaldo 950-ci qolunu vurdu

26 Oktyabr 2025 00:40

Kriştiano Ronaldo peşəkar karyerasında 950-ci qolunu vurub.

Milli.Az xəbər verir ki, "Ən-Nəsr"in hücumçusu Səudiyyə Ərəbistanı çempionatının 6-cı turunda "Əl-Hazm"la oyunun 88-ci dəqiqəsində fərqlənib. 40 yaşlı portuqaliyalı Uesli Qassavanın ötürməsini dəqiq zərbə ilə qola çevirib.

Hazırda Ronaldonun hesabında klub səviyyəsində 808, Portuqaliya millisində isə 142 qol var.

Milli.Az