Meyxanaçı Zarina tanınmaz dərəcədə DƏYİŞDİ - VİDEO

26 Oktyabr 2025 17:18

Meyxanaçı Zarina son görüntüləri ilə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Milli.Az xəbər verir ki, söz ustası məclislərin birində musiqili meyxana səsləndirərkən lentə alınıb.

Paylaşılan videoda Zarina imici ilə diqqət çəkib. Onu görən izləyicilər meyxanaçının xeyli dəyişdiyini və tanınmaz halda olduğunu qeyd ediblər.

Ən çox diqqət çəkən məqam isə Zarinanın təbii, estetiksiz və makiyajsız halı olub. İzləyicilər onun sadə və təbii görünüşünü tərifləyərək "həqiqi gözəllik budur" kimi rəylər yazıblar.

İfa zamanı enerjisi və səsi ilə seçilən Zarina tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

Hüseyn
Milli.Az