III CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu

25 Oktyabr 2025 16:51

Fikir çəkmə, telefona çək!

III CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasimi 31 oktyabr tarixində keçiriləcək. Bu barədə festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli məlumat verib: "III CINEMO Beynəlxalq Mobil Film Festivalı 29-31 oktyabr tarixlərdə keçiriləcək. Nizami Kino Mərkəzində 29 və 30 oktyabr saat 11:00-dən 14:00-dək filmlərin nümayişi baş tutacaq, qaliblərinin adları isə 31 oktyabr saat 19:00-da Mükafatlandırma Mərasimində elan olunacaq".

Xatırladaq ki, festivalda beynəlxalq və yerli nominasiyalar mövcuddur:

SBRLY tərəfindən keçirilən "Fikir çəkmə, telefona çək" sloqanlı III CINEMO Beynəlxalq Mobil Film Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilir. İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az və Azernews.az

Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın internet səhifəsindən almaq olar: www.cinemoff.com

Yaranmış bütün suallarla bağlı festivalın email ünvanına və sosial şəbəkə hesabları üzərindən müraciət etmək mümkündür:

Email: [email protected]

Facebook: https://www.facebook.com/cinemoff

Instagram: https://www.instagram.com/cinemoff/

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az