Pakistanın şərqində yerləşən Pəncab əyalətində ağır yol qəzası baş verib.
Milli.Az xəbər verir ki, hadisə barədə məlumatı ölkənin "1122" xilasetmə xidmətinin rəsmi nümayəndəsi "Sinxua" agentliyinə açıqlayıb.
Məlumata görə, Hafizabad yolunda, Qucranvala rayonunun Kila Divan Sinqh yaxınlığında hərəkətdə olan yük maşını yüksək sürətlə mikroavtobusa (furqona) çırpılıb. Nəticədə, avtomobildə olan bir ailənin beş üzvü hadisə yerində dünyasını dəyişib, dörd nəfər isə ağır yaralanıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Rəsmilərin sözlərinə görə, ölənlər arasında üç kişi və iki qadın var.
Hadisə ilə bağlı araşdırma aparılır.
Kənan
Milli.Az