Gecəyarı "Əcəmi dairəsi"ndə "avtoş"luq edənlər saxlanıldı

25 Oktyabr 2025 14:22

Bakının Nəsimi rayonunda gecə saatlarında sakinlərin rahatlığını pozan, yol hərəkəti qaydalarına riayət etməyən sürücülər və digər hüquqpozmalara yol verən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

DİN mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "Əcəmi dairəsi" adlanan ərazidə gecə saatlarında keçirilən tədbirlərlə avtoxuliqanlıq hərəkətlərinə yol verən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 4 sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.

Paytaxt ərazisində sakinləri narahat edən bu cür halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Milli.Az