ABŞ Prezidenti Donald Trump və NATO Baş Katibi Mark Rutte İtaliya Baş Naziri Corcia Meloniyə ölkəsini Ukrayna üçün silah tədarükü proqramı (PURL)-a qoşmağa təzyiq göstərir.
Milli.Az xəbər verir ki, "La Stampa" qəzetinin məlumatına görə, Trump özü Melonidən səylər göstərməsini xahiş edib, Rutte isə İtaliyanın proqramda iştirakının ən güclü tərəfdarıdır.
Meloni daxili siyasi məsələlər və partiyalararası gərginlik səbəbindən ehtiyatlı davranır. Sağçı populist partiya Lega parlamentdə "daha çox silah, daha az səhiyyə" şüarı ilə etiraz edib. Beş Ulduz Hərəkatı isə Müdafiə Komitəsi lideri senator Bruno Marton vasitəsilə İtaliyanın PURL-a qoşulub-qoşulmayacağını və lazım olan maliyyə mənbələrini aydınlaşdırmaq üçün müdafiə naziri ilə rəsmi sorğu göndərəcəyini açıqlayıb.
Məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski də Meloni ilə bu barədə müzakirə aparıb və onu İtaliyanı PURL proqramına daxil etməyə inandırmaq ümidi ilə müraciət edib.
Fidan
Milli.Az