ABŞ bu ölkənin prezidentinə qarşı sanksiyalar tətbiq etdi

25 Oktyabr 2025 10:28

ABŞ Kolumbiya Prezidenti Qustavo Fransisko Petro Urreqonu (Gustavo Petro) narkotiklərlə mübarizə qanunvericiliyinə əsasən sanksiya siyahısına daxil edib.

Milli.Az xəbər verir ki, rəsmi məlumata görə, sanksiyalar həmçinin Petronun həyat yoldaşını, oğlunu və yaxın silahdaşını da əhatə edir.

Xəzinədarlıq katibi Skott Bessent bəyanatında bildirib ki, Petro hakimiyyətə gələndən sonra Kolumbiyada kokain istehsalı son onilliklərin ən yüksək səviyyəsinə çatıb:

"Prezident Qustavo Petro narkotik kartellərinin çiçəklənməsinə şərait yaradıb və bu fəaliyyəti dayandırmaqdan imtina edib. Onun siyasəti nəticəsində ABŞ-a axın edən narkotik maddələr amerikalıların həyatını təhlükəyə atıb. Prezident Tramp ölkəmizi qorumaq və narkotik qaçaqmalçılığına dözməyəcəyimizi göstərmək üçün qəti addımlar atır," - deyə Bessent vurğulayıb.

Bu qərarla Petro və ailəsinin ABŞ-dakı bütün aktivləri dondurulub, həmçinin Amerika vətəndaşlarına onlarla hər hansı maliyyə əməliyyatı aparmaq qadağan edilib.

Fidan
Milli.Az