Rusiya Kiyevdə uşaq bağçasını vurdu - Yaralananlar var

25 Oktyabr 2025 09:42

Rusiya ordusu Kiyevə ballistik raketlərlə zərbə endirib.

Milli.Az xəbər verir ki, hücum nəticəsində xəsarət alanlar var, binalar və avtomobillər zədələnib, bir neçə yerdə yanğın baş verib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri bildirib ki, həmin rayonda bir uşaq bağçası da hücum nəticəsində zərər görüb.

Son məlumatlara əsasən, 8 nəfər xəsarət alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib.

Hücumdan sonra Ukrayna Hərbi Hava Qüvvələri ölkənin bütün ərazisində ballistik hücum təhlükəsi barədə xəbərdarlıq yayıb. 

Milli.Az