Messi MLS-də əfsanə yazır - 39 qolla rekord qırdı

25 Oktyabr 2025 09:29

Argentina millisinin hücumçusu və ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi MLS tarixində bir təqvim ili ərzində klub səviyyəsində ən çox qol vuran oyunçu kimi yeni rekorda imza atıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ulduz futbolçu bu uğuru Şərq Konfransının pley-off mərhələsinin ilk raundunda "Neşvill"ə qarşı keçirilən qarşılaşmada rəsmiləşdirib.

Oyun "İnter Mayami"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb, argentinalı forvard isə bu görüşdə dubl edərək 2025-ci ildə bütün turnirlər üzrə vurduğu qolların sayını 39-a yüksəldib.

Qeyd edək ki, bundan əvvəl bu rekord 38 qolla meksikalı Karlitos Vela (2019) və qabonlu Deni Buangayaya (2023) məxsus idi.

Kənan
Milli.Az