Gəncədə fəaliyyət göstərən tanınmış vəkil Zabil Qəhrəmanovun saxlanılmasının təfərrüatı məlum olub.
Milli.Az xəbər verir ki, Gununsesi.info tanınmış vəkilin yaxınları ilə əlaqə saxlayıb.
Onların sözlərinə görə, Zabil avtomobilini yumaq üçün evdən çıxıb: "Maşını yumağa verib, özü də kənarda çay içirmiş. Maşının yanına qayıdanda zədələndiyini görüb. Orada maşını yuyan adamla sözləşib. Həmin şəxs Zabilə yumruq-təpik atıb. Zabil də ona təpik atıb, amma dəyməyib. Sonra uzaqlaşıb gedib. Axşam saxlayıb polisə aparıblar".
---------
Gəncə şəhərində tanınmış vəkil Zabil Qəhrəmanov saxlanılıb.
Milli.Az xəbər verir ki, vəkil Zabil Qəhrəmanovun ötən gün Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
Hazırda Z.Qəhrəmanovun hansı səbəbdən saxlanıldığı barədə məlumat yoxdur.
Qeyd edək ki, bu hadisədən bir müddət əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən verilmiş qərarla Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti 6 ay müddətinə dayandırılmışdı./APA
Milli.Az