Meksikanın Xalisko ştatı, Sapopon bələdiyyəsində 48 torba insan qalığı olan gizli dəfn yeri aşkar edilib.
Milli.Az xəbər verir ki, bu barədə "Tribuna de Mexico" qəzeti 23 oktyabrda ştat hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Qanunsuz dəfn 26 sentyabr tarixində Guerreros Buscadores de Xalisko təşkilatının nümayəndələri tərəfindən aşkarlanıb. Meksikanın İtkin Düşmüş Şəxslər üzrə Xüsusi Prokurorluğunun rəhbəri Blanka Trujillo araşdırmanın davam etdiyini və yeni fraqmentlərin tapıla biləcəyini bildirib.
Qazıntı sahəsində işlər, ərazinin xüsusiyyətləri və landşaft səbəbindən ağır texnikadan istifadə edilməklə aparılır. Dəfn yerində məhkəmə-tibb ekspertləri tərəfindən araşdırma davam edir və cəsədlərin dəqiq sayı müəyyən edilməlidir.
Milli.Az