Bir neçə gün əvvəl Baş nazirin sabiq müavini Abid Şərifovun insult keçirməsi və vəziyyətinin ağır olması barədə məlumatlar yayılmışdı.
Milli.Az xəbər verir ki, manset.az Abid Şərifovla əlaqə saxlayıb.
Sabiq hökumət rəsmisi insult keçirdiyini təsdiqləyib.
"Hazırda ağır xəstəyəm, insult keçirmişəm. Neçə vaxtdır xəstəxanada idim. Şükür Allaha, indi evə buraxılmışam. Müalicəm ev şəraitində davam edir. Bu dəfə əzrayılın əlindən qaçdım. İndi özümü yaxşı hiss edirəm. Narahat olan hər kəsə can sağlığı arzu edirəm" - deyə Abid Şərifov qeyd edib.
Milli.Az