Qaribaşvili çirkli pulların yuyulmasında ittiham olunur

24 Oktyabr 2025 12:55

Gürcüstan Baş Prokurorluğu keçmiş baş nazir İrakli Qaribaşviliyə külli miqdarda çirkli pulların yuyulması ittihamı irəli sürüb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Baş prokuror Giorgi Qvaramadeze açıqlayıb.

İdarə məhkəmədən Qaribaşvilinin üzərinə 1 milyon lari (təxminən 30 milyon rubl) girov qoyulmasını tələb edib.

Qaribaşvili 2021-ci ilin fevralından 2024-cü ilin yanvarına qədər Gürcüstanın Baş naziri vəzifəsində çalışıb. Eyni zamanda o, "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının sədri olub. 2013-2015-ci illərdə də Baş nazir vəzifəsini icra edib və 2019-2021-ci illərdə Gürcüstanın Müdafiə Naziri olub.

Aprel ayında Qaribaşvili gələcək siyasi fəaliyyəti ilə bağlı spekulyasiyalara toxunaraq, siyasətdən getmək qərarına gəldiyini açıqlamışdı.

Milli.Az