Bakının mərkəzində yerləşən "Sovetski" ərazisində söküntü işləri hələ də davam edir. Bəzi hissələrdə köçürülmə prosesi artıq tamamlanıb, lakin bölgədə hələ də yaşayan ailələr var.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidəki səs-küy onların gündəlik yaşam tərzinə maneə olduğunu bildirirlər.
Məsələ ilə bağlı təhlükəsizlik eksperti Samir Nəbiyev bildirir ki, bu cür söküntü aparılan ərazilərdə sakinlərin təxliyyəsinə ehtiyac var. Söküntünün təhlikəsiz şəkildə həyata keçirilməsi əsas prioritet olmalıdır. Həmin söküntü digər ərazilərə təsiri ola bilər. Söküntü olan ərazilərdə giriş-çıxış nəzarətdə olmalıdır.
Sözügedən narahatlıqla bağlı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət elədik. Qurumdan bildirildi ki, həmin söküntü hazırda olan yaşayış evləri üçün hər hansı təhlükə yaratmır. Söküntü ilə bağlı isə sakinlərə əvvəlcədən məlumat verilib.
Aysel Əkbər
Milli.Az