Ötən gün paytaxtda 19 yaşlı gəncin meyitinin tapılması barədə məlumat yayılıb.
Milli.Az-ın məlumatına görə, hadisə "Şərq Saray" adlı şadlıq sarayında baş verib.
Məlum olub ki, mərhum Nurlan Əliyev vəfat etdiyi günə qədər Nizami rayonunun Nəsimi küçəsində yerləşən həmin restoranda ofisiant kimi çalışıb. Onun meyiti iş yerində, asılmış vəziyyətdə aşkarlanıb.
Bununla belə, "Şərq Saray" rəhbərliyi məsələ ilə bağlı yayılan məlumatı təkzib edərək, hadisənin onların obyektində baş vermədiyini bildirib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bu, son günlərdə eyni restoranda qeydə alınan ikinci ölüm hadisəsidir. Ayın əvvəlində burada 36 yaşlı kişinin pilləkəndən yıxılaraq vəfat etdiyi bildirilmişdi./Qafqazinfo
Milli.Az