2026-cı il üçün uşaqların yaşayış minimumunun 260 manat müəyyən olunması aliment məbləğinin avtomatik artacağı anlamına gəlmir.
Milli.Az-ın məlumatına görə, bu barədə Trend-ə açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, müəyyən edilən yaşayış minimumu alimentin məbləğinə birbaşa təsir göstərmir.
Onun sözlərinə görə alimentin artırılması məsələsi ayrıca hüquqi mexanizmlə tənzimlənir və hazırda bu istiqamətdə dəyişiklik nəzərdə tutulmur. Musa Quliyev əlavə edib ki, onun fikrincə, aliment məbləği əvvəlki qaydada qüvvədə qalacaq.
Milli.Az