ABŞ ordusu bu ölkəyə hücuma hazırlaşır – Trampdan açıqlama

24 Oktyabr 2025 10:40

ABŞ Prezidenti Donald Tramp canlı yayımda sarsıdıcı açıqlama verib.

Milli.Az xəbər verir ki, Tramp Venesuelada tezliklə quru əməliyyatı keçiriləcəyini bildirib. O, Venesuelanı narkotik qaçaqmalçılığı ilə məşğul olmaqda ittiham edib və ABŞ ordusunun hərbi əməliyyatlara hazır olduğunu vurğulayıb.

"Tezliklə Venesuelada quru əməliyyatı olacaq," - deyə Tramp televiziya çıxışı zamanı bildirib.

Venesuela Prezidenti Nikolas Maduro isə ölkənin müdafiə hazırlıqlarını gücləndirdiyini açıqlayıb. Onun sözlərinə görə, Rusiya istehsalı olan 5000-dən çox "Igla-S" zenit raketi ölkənin strateji hava hücumundan müdafiə zonalarına yerləşdirilib:

"ABŞ-ın potensial hərbi addımlarına qarşı durmaq üçün ölkəmizin hər bölgəsində, ən ucqar dağlardan şəhərlərə qədər hava müdafiə sistemlərimizi yerləşdirdik. Dünyadakı hərbi qüvvələr Igla-S-in gücünü bilir".

Fidan
Milli.Az