Edin Ceko tarixə düşdü

24 Oktyabr 2025 10:00

Bosniyalı hücumçu Edin Ceko UEFA Konfrans Liqasının tarixinə adını yazdırıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli forvard turnir tarixində qol vuran ən yaşlı futbolçu olub. Ceko bu nailiyyəti 39 yaş 213 gün yaşında əldə edib.

Futbolçu "Fiorentina" klubunun heyətində səfərdə keçirilən "Rapid"lə oyunda (0:3) fərqlənib. Bu qol sayəsində Ceko Konfrans Liqasının rekordlar siyahısına düşüb.

Qeyd edək ki, Edin Ceko karyerası ərzində "Roma", "Mançester Siti", "Volfqsburq", "Fənərbağça" kimi tanınmış klublarda da çıxış edib.

Tural
Milli.Az