Astroloqlar bu ayın son günlərində bəzi bürclərin maliyyə baxımından "ulduzlarının parlayacağını" bildiriblər.
Milli.Az xəbər verir ki, oktyabrın sonuna doğru bürclərin enerjisi dəyişir və bəzi zodiak nümayəndələri üçün böyük fürsət qapıları açılır.
Astroloji proqnozlara görə, bu dövrdə xüsusilə maddi qazanc, cekpot qazanmaq, yaxud uğurlu investisiya qərarları kimi hadisələr mümkündür.
Müxtəlif mənbələrin analizlərinə əsasən, oktyabrın sonunda ən şanslı bürclər bunlardır:
Tərəzi
Oktyabrın son günlərində tərəziləri həm iş, həm də ortaq layihələr vasitəsilə gözlənilməz gəlir gözləyir. Astrologlar bu dövrü "pul və harmoniya" mərhələsi adlandırırlar.
Oğlaq
Sabitlik və səbrin qarşılığını almaq vaxtıdır. Oğlaqlar üçün oktyabrın sonu gəlirli təkliflər, mükafatlar və bəzən də "cekpot" effekti yaradan hadisələrlə dolu ola bilər.
Buğa
21 oktyabrdan sonra buğalar üçün "böyük maliyyə dalğası" başlayır. Bəzi astroloqlar buğa bürcünü ayın "pul maqneti" adlandırır.
Əqrəb
Əqrəblər üçün həm riskli, həm də qazanc dolu dövrdür. Doğru qərar və instinkt bu bürcün nümayəndələrini böyük maliyyə qələbəsinə apara bilər.
Astroloqlar xəbərdarlıq edirlər: ulduzlar yolu göstərir, amma addımı insan özü atır. Şansın qapısı açıqdır - sadəcə, fürsəti görmək və hərəkətə keçmək lazımdır.
Milli.Az