Netflix-in yeni Türk serialı - beynəlxalq reytinqlərdə zirvədədir - FOTO

24 Oktyabr 2025 07:07

Netflix-də yayımlanan yeni Türk serialı "Enfes Bir Akşam" beynəlxalq tənqidçilər tərəfindən "köhnə üslubda, bol intriqalı bir sevgi hekayəsi" kimi qiymətləndirilir. 10 oktyabrda bütün dünyada yayımlanan serial qısa müddətdə izlənmə siyahılarına girməyi bacarıb.

Milli.Az xəbər verir ki, serialda Aslı Enver Nihal, Engin Akyürek isə Osman rolunu canlandırır.

Serialın əsas mövzusu onların yollarının kəsişməsi və arasındakı eşq hekayəsi üzərində qurulub. Eşq yalnız romantika deyil, həm də var-dövlət və güc balansı ilə müşayiət olunur. Netflix serialın 16 yaşdan aşağı izləyicilər üçün uyğun olmadığını bildirib.

Dolunay Soysert, İsmail Demirci, Serkan Altunorak, Sedef Avcı, Selin Şekerci, Zeynep Oymak və Ahmet Utlu da serialın əsas və dəstək heyətində yer alır.

Serialİngiltərədə Netflix-də ən çox izlənən seriallar arasında 10-cu yerdədir.

Avstriya, İtaliya, Braziliya, İspaniya və Yunanıstan da daxil olmaqla, 56 ölkədə top 10-a daxil olub.

8 bölümün yayımlandığı serial Netflix-in qlobal reytinqində 4-cü sıradadır.

Lalə Qüdrətova
Milli.Az