Yeni iki planet kəşf edildi

23 Oktyabr 2025 19:30

İrvin Kaliforniya Universitetinin alimləri "TESS" kosmik teleskopunun məlumatları əsasında Yupiter və Saturna bənzər iki yeni ekzoplanet aşkarlayıblar.

Milli.Az xəbər verir ki, TOI-5916 b və TOI-6158 b adlandırılan planetlər qırmızı cırtdan ulduzların ətrafında fırlanır. Onların sıxlığı Saturna, ölçüləri isə Yupiterə bənzəyir.

Qeyd edək ki, yeni planetlər Yerdən 592 və 639 işıq ili məsafədə yerləşir. 

Asya Hüseyn
Milli.Az