Evini kirayə verənlər əlavə vergi ödəyəcək

23 Oktyabr 2025 15:27

Azərbaycanda fiziki şəxslərə məxsus yaşayış sahələrinin kirayəyə verilməsindən əldə edilən gəlirlər gələn ildən vergiyə cəlb olunacaq.

Bu dəyişiklik "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yaşayış vasitələri istisna olmaqla, fiziki şəxslərin digər fiziki şəxslərə kirayə verdikləri mənzillərdən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz vergi tutulacaq.

Yeni vergi tətbiqinin məqsədi kirayə bazarında şəffaflığın artırılması və qeyri-rəsmi gəlirlərin leqallaşdırılmasıdır.

Milli.Az